Azərbaycanda DƏHŞƏT: Qardaş qardaşı güllələdi
18:45 / 01.07.2020
3430
Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A. Rəhimov ölüb.
Hadisəni törədən şəxs saxlanılıb.
Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. (apa.az)