Azərbaycanda DƏHŞƏT: Ana və oğlu güllələndi

Azərbaycanda DƏHŞƏT: Ana və oğlu güllələndi
 

Daxili İşlər Nazirliyi (DİN) Gədəbəy rayonunda baş verən insedentlə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 31-də Gədəbəy rayonunun Arısu kəndi ərazisində Şəmkir rayon sakini Ə.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu R.Vəliyevaya qolundan, onun oğlu A.Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.

Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb.

Yanğın söndürülüb, R.Vəliyeva və A.Əliyev xəstəxanaya yerləşdirilib.

Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb.

Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi ondan götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

Beyləqanda əxlaqsız yuva aşkar edilib

  Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayonunun Mil qəsəbə sakini V. Quliyevin qəsəbə ərazisində işlətdiyi...

Qayınanasını amansızcasına öldürən qadın hökmdən narazıdır

 Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən 36 yaşlı Mədinə Qreçneva barəsindəki hökmdən apellyasiya şikayəti verib. Sfera.az xəbər verir ki, şi...

İmişlidə oğurluq edən şəxslər saxlanılıb

  İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisindəki məktəbdən və evlərin birindən oğurluq edən şəxsl...

Azərbaycanda 10 "COVID-19" xəstəsinə cinayət işi açılıb

  Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə "Covid-19” virusunun yayılması hallarını...

Nərimanovda 28 yaşlı gənc qətlə yetirilib

  Avqustun 3-də saat 18 radələrində Nərimanov rayonu ərazisində 1992-ci il təvəllüdlü Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölm...

İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib

  İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir ...