Azərbaycanda daha hansı qida məhsulları bahalaşa bilər? - SİYAHI

Azərbaycanda daha hansı qida məhsulları bahalaşa bilər? - SİYAHI
Ölkəmizdə unun bahalaşmasının əsas səbəbi kimi buğda idxalından asılılığın yüksək olması göstərilir. 2020-ci ilin məlumatına əsasən, Azərbaycan özünə lazım olan buğdanın 43 faizini idxal hesabına təmin edib. Özünütəminetmə səviyyəsinin aşağı olması xaricdə baş verən qiymət artımının sürətlə ölkəmizə də sirayət etməsinə səbəb olub.
 
Təcrübə göstərir ki, idxaldan asılılıq yüksək olduqda xaricdə baş verən qiymət artımlarından yayınmaq mümkün olmur. Buna görə də ekspertlər əsas ərzaq məhsulları üzrə yerli istehsalın artırılmasını daim tövsiyə edir.

Bəs, ölkəmizdə əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi necədir? İdxaldan asılı vəziyyətdə olduğumuz məhsul növləri hansılardır?

Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycanın özünütəminetmə səviyyəsi taxıl məhsullarında 68 faizdir. Yəni, taxıla olan tələbatımızın 68 faizini yerli istehsal hesabına, 32 faizi idxal məhsulu hesabına ödənilir. Taxıl məhsulları arasında ən pis göstərici buğda ilə bağlıdır. Buğdanın yalnız 57 faizi yerli istehsal hesabına təmin olunur. Digər mühüm taxıl məhsullarından olan arpa ilə özünütəminetmə səviyyəsi 95 faiz, qarğıdalı ilə 87 faiz, vələmirlə 87 faizdir.

Əsas bitkiçilik məhsullarında özünütəminetmə səviyyəsi paxlalılarda 60 faiz, kartofda 91 faiz, üzümdə 96 faizdir.
 
Tərəvəzlərdə, bostan məhsullarında və meyvələrdə özünütəminetmə səviyyəsi çox yüksəkdir. Bu məhsullarla həm özümüzü təmin edirik, həm də ixrac həyata keçiririk. Belə ki, özünütəminetmə səviyyəsi tərəvəzlərdə 110,4 faiz, bostan məhsullarında 100,8 faiz, meyvə və giləmeyvələrdə 116 faizdir.
 
Heyvandarlıq məhsulları üzrə özünütəminetmə səviyyəsi yalnız yumurta və qoyun ətində yüksəkdir. Yumurtanın yerli istehsalı ilə ölkənin təminatı 100 faiz, qoyun əti ilə 97-98 faiz ödənilir. Azərbaycan 2010-cu ilə qədər özünü qoyun əti ilə 100 faiz təmin edirdi. Amma son illərdə özünütəminetmə səviyyəsi bir qədər pisləşib. Mal əti ilə özünütəminetmə səviyyəsi 87-88 faizdir. Bu mühüm məhsul növündə də son illərdə özünütəminetmədə pisləşmə müşahidə edilir, idxaldan asılılıq artır. Quş əti ilə özünütəminetmə səviyyəsi də son illərdə pisləşir. 2015-ci ildə yerli istehsal hesabına özünü 98,5 faiz quş ətin ilə təmin edən Azərbaycan hazırda 79 faiz özünütəminetmə imkanına sahibdir. Toyuq əti ilə təminatın qalan hissəsi idxal məhsullarının sayəsində ödənilir.
 
Süd və balıq məhsulları ilə özünütəminetmə səviyyəsi isə təxminən 81-83 faiz səviyyəsindədir. Balıq və balıq məhsulları ilə özünütəminetmədə yaxşılaşma baş verdiyi halda, süd və süd məhsullarında 2016-cı illə müqayisədə bir qədər pisləşmə var.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...