Azərbaycanda daha bir xəstəxanada koronavirus xəstələrinin görüntüləri yayıldı - VİDEO

Azərbaycanda daha bir xəstəxanada koronavirus xəstələrinin görüntüləri yayıldı - VİDEO
 

Sumqayıtda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanadan görüntülər yayılıb.

Sfera.az  oxu.az-a istinadla xəbər verir ki, görüntülər şəhərin 1 saylı Xəstəxanasında çəkilib.

Videoda görünən pasiyentlərin COVID-19 xəstələri olduğu iddia edilir.

Xəstəxananın reanimasiya şöbəsində çəkildiyi iddia edilən görüntülərin tibb işçisi tərəfindən lentə alındığı ehtimal olunur.

Məsələ ilə bağlı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-ın sorğusunu cavablandırıb.

O bildirib ki, sözügedən məsələ ilə bağlı başlayan araşdırma yekunlaşıb:

"Aparılan araşdırmalar nəticəsində Sumqayıt şəhər 1 saylı Xəstəxanasının reanimasiya şöbəsindən video çəkən tibb bacısı müəyyən edilib. Aidiyyəti üzrə həmin tibb bacısı etdiyi əmələ görə inzibati qaydada cəzalandırılıb”.



OXŞAR XƏBƏRLƏR