Azərbaycanda daha bir vəzifəli şəxsdə koronavirus tapıldı - SON DƏQİQƏ!

Azərbaycanda daha bir vəzifəli şəxsdə koronavirus tapıldı - SON DƏQİQƏ!
 

Azərbaycanda məktəb direktorunun koronavirus testi müsbət çıxıb.

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Masallı rayonu Təzə Alvadı kənd məktəbinin direktoru,1958-ci il təvəllüdlü Süleymanov Möhsün Cabir oğlu koronovirus diaqnozu müsbət olub.

 

O, Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məktəb direktorunun səlahiyyətləri Möhsün Süleymanov sağalıb işə qayıdanadək təlim-tərbiyə işləri üzrə direktor müavini Həsrətov Ramin Xudacan oğluna həvalə edilib.


OXŞAR XƏBƏRLƏR