Azərbaycanda daha bir toy başlamadan bitdi: 6 min manata yaxın cərimə yazıldı - FOTO
13:38 / 13.03.2021
2886
Tovuzda toy mərasimin keçirilməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə Tovuz rayon Polis Şöbəsinə (RPŞ) rayonun Əyyublu kəndi ərazisində yerləşən "EL” restoranında toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, restoranın xidmət personalı barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 8 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında, obyekt sahibi isə 4000 manat miqdarındqa cərimə edilib.