Azərbaycanda daha bir tanınmış həkim koronavirusdan vəfat etdi - FOTO
23:49 / 05.07.2020
2972
Astaranın tanınmış cərrahı Kamil Əliyev koronavirusdan dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. 48 yaşlı tibb işçisi iyulun 5-nə keçən gecə vəfat edib.
Qeyd edək ki, Kamal Əliyev Astara rayon Mərkəzi Xəstəxanasında cərrah-həkim işləyib.
Allah rəhmət eləsin!
"Qafqazinfo”