Azərbaycanda daha bir polis yol qəzasında öldü - FOTOLAR

Azərbaycanda daha bir polis yol qəzasında öldü - FOTOLAR
Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az  "Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayon sakini Məzahir Mirzəliyev "Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü Məzahir Mirzəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb, onun sərnişini, polis serjantı, Rayon Polis Şöbəsinin əməkdaşı Murad Babayev isə hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Məzahir Mirzəliyev Göyçay rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşıdır və o, polis şöbəsində rabitəçi vəzifəsində çalışır. Hadisə polis əməkdaşlarının xidmətdə olmadıqları vaxt baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Şəhid Milli Qəhrəmanın anası vəfat etdi - FOTO

Milli Qəhrəman İsgəndər Aznaurovun anası bu gün vəfat edib. Sfera.az ölkə.az-a istinadən xəbər verir ki, bu haqda mərhumun yaxınları sosial şəbəkədə payla...

Azərbaycanda universitet müəllimi dəm qazından boğularaq öldü - FOTOLAR

Azərbaycanda gənc müəllim vəfat edib. Naxçıvan Dövlət Universitetinin müəllimi İsmayıl İsmayıllı vəfat edib.  31 yaşlı müəllimin dəm qazından ö...

Azərbaycanda tələbə vəfat etdi - FOTO

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi vəfat edib. Sfera.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yay...

22 yaşlı polis əməkdaşı ağır qəzada öldü - FOTOLAR

Qəbələdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə yanvarın 14-də Seyidlər adlı yaşayış məntəqəsində baş verib. Belə ki, "VAZ-21015” mark...

Azərbaycanın keçmiş naziri vəfat etdi - FOTO

Azərbaycanın keçmiş material ehtiyatları naziri və sabiq deputat Fərrux Zeynalov vəfat edib. Sfera.az xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra 80 ya...

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov vəfat edib. ...