Azərbaycanda daha bir dəhşət: Ana 18 yaşlı qızını tualetdə zəncirlə bağlayıb...

Azərbaycanda daha bir dəhşət: Ana 18 yaşlı qızını tualetdə zəncirlə bağlayıb...
Bərdədə 18 yaşlı qız ailəsi tərəfindən fiziki zorakılığa məruz qalıb.
 
Sfera.az-ın məlumatına görə, Bərdə rayon sakini 2003-cü il təvəllüdlü Ə.Yusufova anası Şəlalə İsmayılova və tanışı Ruslan Rzayev tərəfindən yaşadığı evin sanitar qovşağına zəncir ilə dəmir boruya bağlanıb. Hadisədən xəbər tutan qonşular Bərdə rayon Polis Şöbəsinə xəbər veriblər.

Hadisə yerinə gələn polis əməkdaşları ayağından zəncirlə boruya bağlanan qızı və adı çəkilən şəxsləri polis şöbəsinə aparıblar.
Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo

OXŞAR XƏBƏRLƏR