Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb

Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb
 Azərbaycanda 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat edib. 

Hazırkı dövrədək ölkədə 4 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 125 nəfər müalicə olunaraq sağalıb, 58 nəfər vəfat edib, 1 806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 289 603 test aparılıb.

OXŞAR XƏBƏRLƏR

Prezidentin köməkçisi vətəndaşlara MÜRACİƏT ETDİ

 "Cəmiyyətimizdə çox maraqlı bir tendensiya əmələ gəlib ki, bu xəstəliyə yoluxma sanki ayıb hesab edilir. Buna görə də bunu gizlətməyə çalışırlar”. S...

Naxçıvanda koronavirusdan ölənlərin sayı AÇIQLANDI

 "Naxçıvanda bu günə qədər şübhəli xəstələrə görə 9 290 test aparılıb. Ümumilikdə 142 yoluxma faktı aşkar edilib, onlardan 126-sı artıq sağalıb”. Sfe...

Koronavirus xəstələrinin evdən çıxması qadağandır - RƏSMİ

 "Ev şəraitində müalicə ancaq yüngül koronavirus xəstələri üçün nəzərdə tutulur”. Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri N...

Prezidentin köməkçisi: "Karantin rejimi nəticə verəcək"

 "Karantin rejiminin mahiyyəti insanlar arasında təmasların minimuma endirilməsidir. Bu da öz nəticəsini verəcək”. Sfera.az xəbər verir ki, bunu Azər...

Azərbaycanda koronavirusa ən çox yoluxma 14 gündə qeydə alınıb

 "Azərbaycanda koronavirusa ən çox yoluxma halı son 14 gündə qeydə alınıb”. Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərba...

BMT-nin Azərbaycandakı rəsmisi maska ilə bağlı çağırış edib

 "Ümumudünya Səhiyyə Təşkilatı tərəfindən texniki yardımın təyinatı adətən ölkələrdəki vəziyyətdən asılı olur”. Sfera.az xəbər verir ki, bunu BMT-nin...