Azərbaycanda daha 11 şagird koronavirusa yoluxdu

Azərbaycanda daha 11 şagird koronavirusa yoluxdu
 Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Sfera.az-a bildirilib ki, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. 

Daha 11 şagird və 3 işçidə koronavirus aşkarlanıb.

Əyani təhsilə keçirilmiş siniflərin sayı 2, distant təhsilə keçmiş siniflərin sayı isə 3-dür.

Daha 1 məktəb də distant təhsilə keçib. 

İndiyə qədər ölkə üzrə iki məktəb, 28 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib. 

OXŞAR XƏBƏRLƏR