Azərbaycanda COVID-19 xəstələrinə elektron qolbaqlar taxılacaq? - İnfeksionistdən AÇIQLAMA

Azərbaycanda COVID-19 xəstələrinə elektron qolbaqlar taxılacaq? - İnfeksionistdən AÇIQLAMA
Son günlərdə bəzi Avropa ölkələrində koronavirus xəstələrinin karantin qaydalarını pozmasının qarşısını almaq məqsədilə yeni texnoloji vasitələrdən istifadə edilir. Bu yoluxma sayında artım dinamikasının azalmasına təsir göstərib.
 
Belə ki, COVID-19 xəstələrinin karantin rejimini pozaraq cəmiyyət arasında infeksiyanın yayılmasına şərait yaratması narahatlığa səbəb olur.
Sfera.az bildirir ki, bu kimi halların qarşısının alınması üçün Belçikada, Cənubi Koreyada və bir sıra digər ölkələrdə COVID-19 xəstələrinə nəzarət etmək məqsədilə elektron qolbaqlardan istifadə edilir.

Bu yoluxma sayının azalması ilə yanaşı pandemiya dövründə əsas yükü öz üzərinə götürən tibb işçilərinin və polislərin də yükünün azalması deməkdir.
Çünki ev şəraitində müalicə alan koronavirus xəstələrinin əksəriyyəti nə həkimlərin təlimatlarına ciddi riayət edir, nə də polislərin tövsiyələrinə. 

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən həkim infeksionist İlahə Vəliyeva deyir ki, belə bir sistemin tətbiqi müsbət nəticələr vəd edə bilər:

"Əlbəttə koronavirus xəstələrinə ciddi nəzarət edilməsi istiqamətində bu tədbirlərin görülməsi yaxşı olardı. Onların icazəsiz yaşayış yerini tərk etmələri, digər şəxsləri yoluxma təhlükəsi ilə qarşı-qarşıya qoyur. Bu sistem tətbiq edilərsə, bu kimi halların qarşısı alınar”.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...