No Image
No Image

"Azərbaycanda COVİD-19-un 3-cü dalğası yaşanır, test sayı kəskin artırılmalıdır" - Həkimdən ÇAĞIRIŞ

"Azərbaycanda COVİD-19 pandemiyasının dünyada rəsmən elan edilən 3-cü dalğası yaşanır”.
 
Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev deyib. O bildirib ki, son günlərdə COVİD-19 xəstəliyinə yeni yoluxma hallarının kəskin artması ilə əlaqədar tibb xidməti işinin təşkilində ciddi problemlər yaranıb:

"İkinci dalğada ortaya çıxan çətinliklər indi də hiss olunur. Bu baxımdan müəyyən tədbirlərin görülməsi zəruridir. İlk növbədə koronavirus pandemiyası sürəci boyu dünya təcrübəsi göstərdi ki, yeni yoluxma hallarının qarşısını almaq və epidemioloji vəziyyətə nəzarət üçün əsas tədbirlərdən biri kütləvi testləşdirmənin aparılmasıdır. Əksər ölkələrdə - Çin Xalq Respublikası, Cənubi Koreya və Yaponiyada bu təcrübə çox effektli oldu. Ölkəmizdə də COVİD-19 xəstəliyini vaxtında aşkar edib yoluxanları izolyasiya etmək məqsədilə test sayının artırılması təmin edilməlidir. 

Test üçün müraciət edən şəxslərə heç bir vəchlə məhdudiyyət qoyulmamalıdır. Məsələn, test edilmək üçün hərarətin 38°C-dən yuxarı olması və s. tələb olunur.  Hərarəti olub-olmamasından asılı olmayaraq təcili tibbi yardıma, poliklinika və stasionarlara müraciət edən şübhəli şəxslərdən və test analizi müsbət çıxmış şəxslərlə təmasda olduğu şəxslərdən test analizinin götürülməsini təmin etmək zəruridir. Uşaq poliklinikalarında uşaqların test edilməsi təmin edilməlidir”.

A.Əliyev qeyd edib ki, kütləvi peyvəndləmənin dünya təcrübəsindən yararlanmaq lazımdır:

"Müxtəlif mülkiyyətli tibb müəssisələrində, məntəqələrində, geniş iş yerlərində, iri marketlərdə vaksinasiya guşələri yaratmaqla peyvəndləmə işinin kütləviliyi təmin edilməlidir. Əhali arasında kütləvi sayda ev müalicəsi alanların olduğu, reseptlərdə antibiotiklərin, antiviral dərmanların yerli-yersiz istifadəsinə son qoyulmalıdır. ÜST protokolları əsasında müalicə prinsipləri elmi baxımdan tibb ictimaiyyətinə mütəmadi izah edilməli, əhali arasında maarifləndirmə işini gücləndirilməlidir”.

Günay Rəsulqızı
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qan laxtalanmasına səbəb olduğu deyilən yeni vaksinlə bağlı TƏBİB-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, may ayının üçündən etibarən koronavirus əleyhinə "AstraZeneca" şirkətinə məxsus "Vaxzevria" vaksininin tətbiqinə başlanılıb. "Astr...

"Azərbaycanda COVİD-19-un 3-cü dalğası yaşanır, test sayı kəskin artırılmalıdır" - Həkimdən ÇAĞIRIŞ

"Azərbaycanda COVİD-19 pandemiyasının dünyada rəsmən elan edilən 3-cü dalğası yaşanır”.   Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birl...

Tanınmış həkim koronavirusu bitirməyin yolunu açıqladı: “5 həftə heç kim evdən çıxmasa...”

"Bu koronavirusun öhdəsindən gəlmək olarmı? Əlbəttə! Üç həftə heç kəs evdən çıxmır və vəssəlam. Korona bununla da bitir”.   Sfera.az xəbər verir ki,...

"Bu olsa, qapanmaya gediləcək, başqa çıxış yolu yoxdur" - İnfeksionistdən XƏBƏRDARLIQ

Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Digər tərəfdə...

Heç bir ödəniş etmədən bu bahalı əməliyyatlardan yararlana biləcəksiniz - SİYAHI

İcbari tibbi sığorta zərfinə əlavə olunan yeni xidmətlər əhalinin daha çox ehtiyac duyduğu xəstəliklər üzrə olacaq. Sfera.az  xəbər verir ki, bunu İc...

Koronavirusun yeni növü Azərbaycana gələcək - Professor peyvəndin təsirli olmayacağını deyir

Xəbər verdiyimiz kimi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı koronavirusun yeni növünün Azərbaycana gəlməməsin...