Cəmİyyət

Azərbaycanda COVID-19-a görə karantinə alınan yüzlərlə şəxs evə buraxıldı - RƏSMİ

Azərbaycanda COVID-19-a görə karantinə alınan yüzlərlə şəxs evə buraxıldı - RƏSMİ
 Azərbaycan Respublikasında koronavirus (COVİD - 19) infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarına daxil olan şəxslərin müayinəsi davam etdirilir. 
 
Nazirlər Kabinetindən Sfera.az-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, karantinə alınan şəxslər müvafiq müayinədən keçirilir, o cümlədən onlardan laborator analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır. İnfeksiyaya yoluxma faktı təsdiq olunan şəxslər dərhal xüsusi rejimli xəstəxanalara köçürülür, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür. 
 
Martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq olunmamış və səhhəti şübhə doğurmayan 312  nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb.  
 
Hazırda karantində olan digər şəxslərin müayinəsi davam etdirilir. 

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930