Azərbaycanda çörəyin qiyməti niyə artır? - 19 faiz BAHALAŞMA...

Azərbaycanda çörəyin qiyməti niyə artır? - 19 faiz BAHALAŞMA...
Azərbaycanın bu il idxal etdiyi buğdanın qiyməti ötən illə müqayisədə xeyli yüksəlib. 

Sfera.az gömrük məlumatlarına istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayında ölkəmizə 122,24 milyon dollar dəyərində 481 min ton buğda idxal edilib. Bu məlumatdan aydın olur ki, Azərbaycana idxal edilən buğdanın bir tonunun orta qiyməti 254 dollardan yüksək olub. 

2020-ci ilin eyni dövründə buğdanın idxal qiyməti 214 dollar idi. Müqayisə göstərir ki, bu il idxal buğdası 18,7 faiz bahalaşıb. 

Ölkəmizə əsasən yumşaq buğda idxal edilir. İdxal olunan yumşaq buğdanın tamamı un istehsalına yönəldilir. Son bir ildə buğdanın bahalaşması unun qiymətinin artmasına, unun bahalaşması isə çörəyin dəyərinin artmasına səbəb olur. 

Azərbaycan hökuməti qiymətlərin xeyli artmasını nəzərə alaraq buğda və un idxalını gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edib. Bununla bərabər un istehsalı və satışı ilə məşğul olan sahibkarlara qiymətlərin artırılmaması üçün subsidiya da verilir. 

Lakin bütün tədbirlərə baxmayaraq müxtəlif növ çörəklərin qiymətində artım müşahidə edilir.
 
Vasif
Sfera.az
 



OXŞAR XƏBƏRLƏR