Azərbaycanda çəkilən çarx “YouTube”da trend oldu - VİDEO

Azərbaycanda çəkilən çarx “YouTube”da trend oldu - VİDEO

Azərbaycan son günlər Cənubi Koreyada məşhurlaşıb.

Sfera.az xəbər verir ki,  ölkənin ən böyük axtarış sistemləri olan "Naver” və "Daum”da axtarılan ən çox sözlər Azərbaycanla bağlı olub.

Sıralamada ilk yerdə "Bakı”, ikinci yerdə isə "Azərbaycan” sözləri yer alıb. 

Buna isə Koreya televiziyalarından birinin Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyilə Bakıdan və Qobustandan turizmlə bağlı veriliş hazırlaması səbəb olub.

"Battle trip” verilişi üçün Qız qalasında, İçərişəhərdə, metrostansiyaların qarşısında, Qobustan qayalıqlarında və Yanardağda çəkilişlər aparılıb.

Verilişin anonsunun yayılması Cənubi Koreyada Azərbaycana olan maraqları artırıb.

Həmin verilişin bu həftə ərzində tam yayımlanacağı gözlənilir. (oxu.az)


 

OXŞAR XƏBƏRLƏR

Könül Nurullayeva Türkiyə mətbuatına açıqlama verib

  Milli Məclisin deputatı Könül Nurullayeva Türkiyə mətbuatına açıqlama verib. Əsas diqqəti Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətt üzrə ...

Səfir Eldar Həsənov tutulub - RƏSMİ

  Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qan...

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

  Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlə...

Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir

  Vaxtı ilə neftin sənaye üsulu ilə hasil edildiyi ilk məkan, mexaniki qazma üsulunun yarandığı yer, ilk dəniz platformasının vətəni kimi tanınan Azərbayc...

1xBet`dən yeni Çempionlar Liqası üçün aksiyada 30.000 dollar qazanın!

  Çempionlar Liqası nəhayət ki, ekranlara qayıtdı. Qabaqda azərkeşləri yalnız qələbə qazanmağı hədəfləyən qitənin ən yaxşı komandalarının oyunları gözləyi...

Azərbaycanda seroloji testdən neçə nəfər keçiriləcək?

 "Gələn həftədən ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılacaq. Testlərin ...