No Image
No Image
No Image

Azərbaycanda bütün təhsil müəssisələrində tətil elan olundu

Azərbaycanda bütün təhsil müəssisələrində tətil elan olundu
Bu gündən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.

Sfera.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı imzaladığı qərarda deyilir:

1. Azərbaycan Respublikasının ərazisində 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək: 

1.1. məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilsin;

1.2. məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.

OXŞAR XƏBƏRLƏR

MN sözçüsü: "Cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir"

"Hazırda cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir”. Sfera.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar ...

Qarabağdakı döyüş əməliyyatları ilə bağlı brifinq keçiriləcək – TƏCİLİ

Bu gün Bakıda Qarabağdakı döyüş əməliyyatları ilə bağlı brifinq keçiriləcək. Sfera.az-ın xəbərinə görə, brifinq saat 19:00-da baş tutacaq. ...

Ali Baş Komandan: Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü

Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və...

Qəbələ və İsmayıllıda zəlzələ oldu

Oktyabrın 22-də Qəbələ seysmoloji stansiyasından 17 kilometr şərqdə - Qəbələ-İsmayıllı sərhədində maqnitudası 3.7 olan zəlzələ baş verib. Azərbaycan Milli...

Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edildi

"Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini iş...

İsrailin Azərbaycandakı səfiri Gəncədə - FOTOLAR

Milliyyətindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq mülki vətəndaşlara edilən hücumlar qəbuledilməzdir.   Sfera.az xəbər verir ki...