No Image
No Image

Azərbaycanda bu şəxslərin maaşı ARTIRILDI

Azərbaycanda bu şəxslərin maaşı ARTIRILDI
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Sfera.az xəbər verir ki, dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir.

Yeni maddəyə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Digər dəyişiklik isə Azərbaycanda təyin edildikləri yer üzrə kirayədə yaşayan prokurorluq işçilərinin özü ilə yanaşı, ailə üzvlərinə də kompensasiya ödənilməsi ilə bağlıdır.

Həmçinin prokurorluq işçisinə vaxtından əvvəl rütbə onun daşıdığı rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər. Vaxtından əvvəl və növbədənkənar rütbənin verilməsinə işçinin prokurorluqda qulluq etdiyi müddətdə yalnız iki dəfə yol verilməsi məsələsi də qaldırılacaq.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qeyri-iş günlərində ictimai nəqliyyatın fəaliyyəti bərpa oluna bilər? - Deputat AÇIQLADI

"Hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda qeyri-iş günlərində və eləcə də həftəsonlarında ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlə...

Baş nazir koronavirusla bağlı qərar imzaladı - YENİ QAYDA

Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə m...

Azərbaycanda koronavirusa yeni yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 213 yeni yoluxma faktı qeydə alınıb, 2 104 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında O...

İlham Əliyevlə Ərdoğanın Şuşaya gedəcəyi tarix AÇIQLANDI

Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdogan may ayının 2-ci yarısında Şuşaya birgə səfər edəcəklər. Sfera.az  xəbər ve...

İcra Hakimiyyətinin qarşısında intihara cəhd – Üzərinə benzin tökərək…

Aprelin 24-də saat 01.30 radələrində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında şəhər sakini E.Babayev gətirdiyi yanacağı üzərinə tökərək ö...

İşdən çıxarılan generaldan AÇIQLAMA

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji...