Azərbaycanda bu şəxslərə gediş haqqı ilə bağlı güzəşt ediləcək - “Prosesin sürətlənməsi üçün...”

Azərbaycanda bu şəxslərə gediş haqqı ilə bağlı güzəşt ediləcək - “Prosesin sürətlənməsi üçün...”

Xəbər verdiyimiz kimi, İstanbulda 5 yaşa qədər uşaqlar və anaları üçün ictimai nəqliyyatda gedişhaqqı olmayacaq. İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bildirib ki, qərar bələdiyyə məclisi tərəfindən yekdilliklə qəbul edilib. 

Azərbaycanda da güzəştli gediş haqqı məsələsi vaxtaşırı müzakirə edilir. Bəs bizdə də belə bir qərar qəbul oluna bilərmi?

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat üzrə ekspert İlqar Hüseynli yeni sabah-a açıqlamasında bildirdi ki, ekspertlər bu barədə təkliflər irəli sürüblər:

"Bizim bununla bağlı təkliflərimiz mövcuddur. Bu qanun hələ İstanbulda qəbul olunmamışdan əvvəl bu barədə ekspertlər olaraq təklif irəli sürmüşdük. Birinci növbədə, məktəb yaşınadək uşaqlar və onların valideynləri nəqliyyat ödənişlərindən güzəştli kartlar vasitəsilə azad olunmalıdır. Bu qərar vətəndaşları sosial imkanlarının artırılması baxımından əhəmiyyətli qərardır. Eyni zamanda Türkiyənin belə bir təcrübəsi var ki, tələbə və şagirdlər güzəştli ödənişlərlə, təxminən gediş haqqının yarısını ödəməklə ictimai nəqliyyatdan istifadə edir. Çox yaxşı olardı ki, bu Azərbaycanda da tətbiq olunsun. Bu həmçinin aztəminatlı ailələrin və sosial vəziyyətlərinin zəif olduğu ailələr üçün də keçərlidir”. 

Nəqliyyat eksperti gələcəkdə Türkiyədəkinə oxşar qaydaların Azərbaycanda da tətbiq oluna biləcəyini istisna etməyib:

"Hər şey, bu məsələyə birbaşa cavabdeh olan dövlət orqanlarının münasibətindən asılıdır. Tarif Şurasına nə qədər tez təklif göndərsələr, bu bir o qədər tez baş verə, proses sürətlənə bilər. Amma konkret vaxtla bağlı fikir bildirmək çətindir. Təklifləri biz veririk, artıq onu dəyərləndirmək və qərar vermək dövlət orqanlarının işidir. Burada həm BNA-nın, həm də  "Bakı Kart”ın mövqeyi olmalıdır. Onlar da hansısa məsrəflərin qarşılanması ilə əlaqədar öz maliyyə mənbələrini nəzərdən keçirməli, datasiya imkanlarını müzakirə etdikdən sonra qərar verməlidirlər”. 


OXŞAR XƏBƏRLƏR

Bu ölkədə 16 yaşında cinsiyyət dəyişdirmək mümkün olacaq 

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi 16-ya endirilib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb. &n...

Azərbaycan bu il ən çox hansı malları ixrac edib? - SİYAHI

Azərbaycanın kənd təsərrüfatı mallarının ixracı bu il yenidən artır. Ötən il aqrar malların ixrac dəyəri azalmışdı. Amma bu ilin birinci rübünün nəticələri göst...

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi BRİFİNQ KEÇİRİR - FOTOLAR

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) brifinqi keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağıro...

Çingiz Abdullayevdən səhhəti ilə bağlı PAYLAŞIM: "Ola bilsin ki, mənim üçün..." - FOTO

“Mən yenidən doğuldum”.   Sfera.az bildirir ki, bunu dünən xəstəxanadan evə buraxılan Xalq yazıçısı Çingiz Abdullayev deyib. O, səhhətin...

Xoşqədəm Hidayətqızı izləyicisinə QARĞIŞ ETDİ: "Canına tökülsün" - FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla paylaşdığı fotolara gələn rəylərə əsəbiləşib.   Sfera.az bildirir ki, o, izləyicilərinə sərt ...

” Biz bilirdik ki, Azərbaycan nə zaman istəsə bu qoşunları ölkədən çıxaracaq” - Millət vəkili

“Çünki bütün bu illər ərzində deyirdilər ki, “Rusiya qoşunları Azərbaycandadır və buradan cıxmayacaq” kimi cəfəng fikirlər səsləndirirdilər. B...