Azərbaycanda bu rayon koronavirusa qalib gəldi - YOLUXAN YOXDUR

Azərbaycanda bu rayon koronavirusa qalib gəldi - YOLUXAN YOXDUR
 Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan ərazisində yayılması və onun təsirləri istər paytaxtda, istərsə də regionlarda hiss olunmaqdadır. Bununla belə, ölkəmizdə virusun təsirlərinin aradan qalxdığı rayonlar da az deyil.

Sfera.az xəbər verir ki, Zərdab Rayonu İcra Hakimiyyətinin (RİH) mətbuat xidmətinin rəhbəri Vasif Məmmədov bildirib ki, hazırda rayonda heç bir yoluxma halı yoxdur.

"Zərdabda vəziyyət digər rayonlara nisbətən yaxşıdır. Profilaktik tədbirlər həyata keçirilir. RİH və Polis şöbəsi tərəfindən mobil qruplar yaradılıb və bu qrupların nəzarəti ilə bütün lazımi tədbirlər görülüb”.

Vasif Məmmədov həmçinin rayon sakinlərindən 3 nəfərin koronavirusa yoluxduğunu və onlardan birinin dünyasını dəyişdiyini qeyd edib.

"İndiyə qədər 3 yoluxma hadisəsi qeydə alınıb. Bu şəxslərdən biri artıq müalicə olunub. Digər iki şəxslərdən biri şəhər və digəri Aşağıseyidlər kəndinin sakini idi. Aşağıseyidlər kəndinin sakini olan yaşlı qadın koronavirusdan dünyasını dəyişib. Lakin hal-hazırda heç bir yoluxma yoxdur”, – deyə İcra Hakimiyyətinin rəsmisi vurğulayıb.
 
 
(qazet.az)

OXŞAR XƏBƏRLƏR

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...