No Image
No Image

Azərbaycanda bu qaydalar dəyişdi, BUNDAN SONRA... - QƏRAR İMZALANDI

Azərbaycanda bu qaydalar dəyişdi, BUNDAN SONRA... - QƏRAR İMZALANDI
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydasında dəyişiklik edilib.

Sfera.az-ın məlumatına görə, Nazirlər Kabinetindən "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” qərara verilən izahda bildirilib ki, qeyd olunan Qaydaya müvafiq dəyişikliklərin edilməsi təqaüdlərin təyin olunması və ödənilməsi zamanı bir sıra halların nəzərə alınması məqsədini daşıyır.

Belə ki, "Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununa əsasən beynəlxalq və respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müvafiq qaydada ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları müəyyən olunsa da, həmin şəxslərə təqaüdlərin verilməsi qaydası Nazirlər Kabinetinin adıçəkilən Qərarında öz əksini tapmayıb.

Bundan əlavə, Nazirlər Kabinetinin Qərarı ilə "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na edilmiş dəyişikliyə əsasən magistraturaya qəbul imtahanının əvvəlki illərdən fərqli olaraq bir mərhələdə keçirilməsi müəyyən olunub. Bunun nəticəsi olaraq bakalavrın qəbul imtahanında toplaya biləcəyi maksimal bal 100 bal olub. Halbuki, əvvəlki illərdə (qəbul imtahanının iki mərhələdə keçirilməsi zamanı) bu hədd 150 bal təşkil edirdi.

Göstərilənlər nəzərə alınmaqla, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bir həftəlik Ramazan tətili başa çatdı

Bu gündən Azərbaycanda Ramazan bayramı ilə əlaqədar bir həftəlik tətil başa çatıb. Sfera.az məlumatına görə, tətil günləri mayın 16-da yekunlaşıb. B...

Daha bir binadan qopan daş təhlükə yaratdı

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində daş parçasının asılı vəziyyətdə qalıb. Sfera.az xəbər verir ki, bu bar...

Kübra Əliyeva yenidən əməliyyat olunacaq

Əməkdar artist Kübra Əliyeva ikinci dəfə bıçaq altına yatacaq. Sfera.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər verilişdə deyib. O bildirib ki, üzünə...

Bu gün şəhid olan əsgərlərimizin FOTOLARI

Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu¬nun Gendərə kəndi yaxınlığındakı sərhəd zast...

Əməkdar artist XTQ giziri ilə nişanlandı - FOTO

Əməkdar artist Nigar Şabanova nişanlanıb. Sfera.az xəbər verir ki, bu barədə ifaçı şəxsi instaqram hesabında məlumat paylaşıb. Nigar Xüsusi Təyinatl...

Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edildi

Rusiyanın "Nordwind” aviaşirkəti bu ölkədən Azərbaycana birbaşa uçuşlara start verib. Sfera.az xəbər verir ki, ilk aviareys mayın 14-də Mineralnı Vodı – B...