Azərbaycanda bu kənddə onlarla insan koronavirusa yoluxdu
20:45 / 28.07.2020
3771
Bakıdan Kürdəmirə yas mərasiminə gələn qadın sakinləri yoluxdurdu.
Kürdəmir rayonunun Pirili kəndində koronavirusa yoluxanların sayı 45-ə çatıb.
Sfera.az xəbər verir ki, hazırda aidiyyəti qurumlar kənddə gücləndirilmiş iş rejimində çalışırlar.
Qeyd edək ki, Bakının Qaradağ rayonundan kəndə yas mərasiminə gələn Güleyşə Hüseyn qızı Əhmədova kənddə koronavirusun geniş yayılmasına səbəb olub. Hazırda 5 evdə infeksiya ocağı aşkarlanıb. Artıq qonşu evlərdə dezinfeksiya işləri aparılıb və yaxma analizləri götürülüb.
Kəndin karantinə alınması nəzərdə tutulur. (report.az)