Azərbaycanda bu kənd NƏZARƏTƏ GÖTÜRÜLDÜ - VİDEO

Azərbaycanda bu kənd NƏZARƏTƏ GÖTÜRÜLDÜ - VİDEO
Son günlər koronavirus infeksiyasına yoluxma hallarının artdığı rayonlarda biri də Xaçmazdır.
Sfera.az "Xəzər Xəbər”ə istinadən xəbər verir ki, indiyədək rayonda 31 yoluxma halı qeydə alınıb ki, bunlardan da 21 nəfəri Köhnə Xaçmaz kənidinin sakinləridir. Sakinlərin sözlərinə görə, pandemiyanın ocağı kənddəki bir məhəllədir. Sonrakı günlərdə də yoluxma aşkarlandığından kənd nəzarətə götürülüb.

Goranboy da son günlər koronavirus pandemiyasına yoluxmanın qeydə alındığı rayonlardandır. Goranboy Rayon Mərkəzi Xəstəxanasına bu günə kimi müxtəlif bölgələrdən olan 408 xəstə daxil olub. Onlardan 255 nəfəri sağalaraq evə buraxılıb, 6 nəfər dünyasını dəyişib. 24 nəfər müalicə üçün Bakıya, 1 nəfər isə Gəncəyə göndərilib. 122 nəfərin müalicəsi isə davam etdirilir. Yoluxma hallarının qarşının alınması üçün rayon ərazisində dezinfeksiya işləri aparılır, sakinlərlə maarifləndirci söhbətlər edilir.

Bu günədək 47 nəfərin koronavirusa yoluxduğu Qəbələ də xəstə sayına görə ön sıralardadır. Son günlər yoluxmanın daha çox qeydə alındığı ərazi "Zarağan-2" məcburi köçkün şəhərciyidir. Bu qəsəbə də artıq nəzarətə götürülüb. Ərazidə izolyasiya tədbirləri davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 


OXŞAR XƏBƏRLƏR

Bakının bu ərazisində koronavirus sürətlə yayılır - RƏSMİ

  "Xəstəliyin yoluxma sayının dəyişməsinin tendensiyası vacib amildir. Mənfi dinamikanın düzəlməsinə ehtiyac var”. Sfera.az bildirir ki, bunu Tibbi Ə...

Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

  Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 583 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb...

Baş Nazir Əli Əsədovdan xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı QƏRAR

  Baş Nazir Əli Əsədov Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarı təsdiqləyib. "Sanitariya-epidemioloji salamatlı...

Prezident daha bir FƏRMAN imzaladı

  Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqq...

Prezident vacib fərman imzaladı - Dəyişiklik edildi

  Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikas...

Azərbaycanda daha bir QADAĞA: SABAHDAN ETİBARƏN...

  Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, iyulun 20-dək həftəsonları Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət dayandırılacaq. Sfera.az-a bu ba...