Azərbaycanda bu işçilərin maaşı 725 manatı keçdi

Azərbaycanda bu işçilərin maaşı 725 manatı keçdi
2021-ci il sentyabrın 1-nə olan məlumata əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 min nəfər və ya 0,8 faiz artaraq 1,685 milyon nəfər olub. Onların 900,6 min nəfəri dövlət sektorunda, 784,3 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Sfera.az bildirir ki, muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 2,2 faiz artaraq 725,6 manat təşkil edib. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR