Azərbaycanda bu iki məhsul BAHALAŞACAQ

Azərbaycanda bu iki məhsul BAHALAŞACAQ
Rusiya Kənd Təsərrüfatı Nazirliyi buğdanın ixrac rüsumunu artırıb. Yeni qərara əsasən buğdanın bir tonunun ixracına tətbiq edilən rüsum 50,9 dollardan 53,5 dollara qaldırılıb. 

Buğda ilə bərabər arpa ixracına tətbiq edilən rüsumun da məbləği artırılıb. Arpa ixracına tətbiq edilən rüsum 31 dollardan 35,3 dollara qaldırılıb. 

Qarğıdalı ixracında tətbiq edilən rüsumun məbləği isə 47,8 dollardan 46,3 dollara endirilib. 

Qərar sentyabrın 29-dan qüvvəyə minib.

Sfera.az bildirir ki, ixrac rüsumları qiymət səviyyəsinə uyğun müəyyənləşdirilib.  Hazırda buğdanın qiyməti 276,5 dollar (bir həftə əvvəl 272,8 dollar), arpanın qiyməti 235,5 dollar (həftə əvvəl 229,4 dollar), qarğıdalının tonu 251,2 dollar (bir həftə əvvəl 253,4 dollar) təşkil edir. 

Rusiya mediası yazır ki, yeni rüsumlar bu ilin oktyabrın 6-na qədər qüvvədə olacaq. Həmin tarixdə rüsumlara yenidən baxılacaq.
 
Xatırladaq ki, Rusiya bu ilin iyunun 2-dən buğda, qarğıdalı və arpanın ixracına rüsum tətbiq edir. Toplanan vəsait kənd təsərrüfatı istehsalçılarına subsidiya şəklində verilir. 

Azərbaycan Rusiyadan buğda və qarğıdalı idxal edir. Rusiyanın rüsumu artırması Azərbaycana buğda və qarğıdalı idxalını az da olsa, bahalaşdıracaq. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...

Keniyanın müdafiə naziri helikopter qəzasında öldü

Keniyadakı respublikanın müdafiə qüvvələrinin başçısı Frensis Oqollanın olduğu hərbi helikopter qəzaya uğrayıb.   İnsident Qərbi Pokot və Elgeyo-Mara...