Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞDI

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞDI
Azərbaycanda sentyabr ayında mühərrik gücü böyük olan avtomobillərin qiymətində ucuzlaşma müşahidə olunub.

Sfera.az-ın məlumatına görə, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən aparılan monitorinq nəticəsində müəyyən olunub ki, bazarda qiymətlər iki seqment üzrə dəyişib.

Birinci seqment üzrə ili yeni və mühərrik gücü 2.5 L və daha böyük olan avtomobillərin qiymətində 4 faizə yaxın azalma qeydə alınıb. Səbəb "Aİ-95" markalı benzinin qiymətindəki son artımla əlaqələndirilir.

İkinci seqment üzrə isə Aİ 92 markalı benzin istifadə edən avtomobillərin qiyməti 5 faizə yaxın bahalaşıb. Bütövlükdə, sentyabr ayında avtomobil bazarında 1.2 faiz qiymət artımı müşahidə olunub.

Qeyd edək ki, Azərbaycanda sentyabrın 14-dən "Aİ-95" (Premium) markalı benzinin qiyməti 1.45 manatdan 1.6 manata, "Aİ-98" (Super) isə 1.6 manatdan 1.9 manatadək bahalaşıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞDI

Azərbaycanda sentyabr ayında mühərrik gücü böyük olan avtomobillərin qiymətində ucuzlaşma müşahidə olunub. Sfera.az-ın məlumatına görə, bu barədə Trend-ə ...

Azərbaycana bir neçə milyon həşərat gətirildi – 27 min dollara...

2021-ci ilin birinci rübü ərzində ölkəmizə 22,255 milyon ədəd həşərat və böcək gətirilib. Bu məqsədlə ümumilikdə 27 min dollardan çox vəsait ödənilib.  ...

Əhalinin bu xərcləri ARTIB

Azərbaycanda uzun fasilədən sonra bu ilin yanvar-aprel aylarında ilk dəfə olaraq pərakəndə ticarətdə artım qeydə alınıb. İllik müqayisədə pərakəndə ticarət 0,1 ...

Azərbaycana qoyulan daha bir QADAĞA aradan qaldırıldı

Rusiyanın baytar və fitosanitar nəzarət üzrə Federal Agentliyi "Rosselxnadzor" mayın 14-dən etibarən Azərbaycanın 30 müəssisəsinin ölkəyə pomidor ixrac etməsinə...

Azərbaycanda bu məhsulların qiyməti bahalaşdı - SİYAHI

2021-ci ilin aprel ayında ölkədə dəyəri artan ərzaq və qeyri-ərzaq məhsulları açıqlanıb. Sfera.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir...

Azərbaycanda sadələşdirilmiş vergi LƏĞV EDİLƏCƏK

Azərbaycanda sadələşdirilmiş vergi növünün tətbiqi tədricən ləğv ediləcək.   İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Rusl...