Azərbaycanda bu avtomobillərin qiyməti 15 faizə qədər bahalaşdı

Azərbaycanda bu avtomobillərin qiyməti 15 faizə qədər bahalaşdı
Azərbaycanda son aylarda hibrid avtomobillərinin qiymətində 15 faizə qədər artım müşahidə edilir.

Sfera.az xəbər evrir ki, bu barədə avtomobil nəqliyyatı üzrə ekspert Elnur Əliyev deyib.

E.Əliyev bildirib ki, hibrid avtomobillərinin bahalaşması təkcə Azərbaycanla bağlı deyil, ümumilikdə dünyada bu avtomobillərə tələbat artıb. O qeyd edib ki, hazırda Azərbaycanda hibrid avtomobillər arasında ən çox maraq "Toyota Prius” markasınadır.

Onun sözlərinə görə, bu avtomobillər Azərbaycana əsasən birbaşa ABŞ-dan və ya Gürcüstan vasitəsilə gətirilir: "Azərbaycana daha çox 2006-2008-ci illər arasında istehsal olunan avtomobillər gətirilir. Bu avtomobillər ABŞ-dan hərrac vasitəsilə alınır. Əvvəllər hərracdan avtomobilləri daha ucuz qiymətə və rahat şəkildə almaq olurdu, yəni hərrac iştirakçılarının sayı az olurdu. Lakin indi daha çox ölkələrdən avtomobil alıcıları hərraclarda iştirak edir və tələb artığı üçün qiymət də bahalaşır. İndi hərracda avtomobillər əvvəlkindən təqribən 1000 dollar baha satılır. Bu qiymət artımı əlbəttə ki, Azərbaycandakı qiymətlərə də təsirini göstərir.

Məsələn, iki-üç ay öncə Azərbaycanda 2008-ci il istehsalı olan yaxşı vəziyyətdə "Toyota Prius” avtomobilini 12500 manata almaq mümkün idisə, bu gün həmin avtomobil 13800-14000 manata satılır. Yəni son iki-üç ayda qiymətlər 15 faizə qədər bahalaşıb. Bu avtomobillərə maraq əsasən onların daha az yanacaq işlətməsi ilə əlaqədardır”.
 
(Trend)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Büdcədən investisiya qoyuluşları azaldılır: Hansı müsbət və mənfi təsirləri olacaq? - Ekspert rəyi

Azərbaycan hökuməti ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin tədricən azaldılması və investisiya qoyuluşunun daha çox özəl sektor tərəfindən qar...

Əhali hər yüz manatın 8,4 manatını kommunal xidmətlərə xərcləyir

Son illərdə su, işıq, qaz və digər yanacaq növlərinin bahalaşması əhalinin bu istiqamətdə olan xərclərinin artmasına səbəb olub.  Sfera.az Dövlət Sta...

“Aİ-95” benzinin bahalaşması digər sahələrdə qiymət artımına səbəb olacaq? - Açıqlama

"Benzinin bahalaşmasının digər sahələrə psixoloji və yan təsirləri olacaq”. Bu sözləri Sfera.az-a açıqlamasında "Aİ-95” və "Aİ-98” markalı benzinin qiy...

Ramiz Mehdiyevin gəlininin bankı məhkəməyə verildi

Prezident Adminstrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəzarətində olan "Bank BTB” Açıq Səhmdar ...

Avropada qazın qiyməti bahalaşdı: Rəsmi Bakının gəlirləri artacaq?

"Avropada qazın qiyməti Niderlandda yerləşən spot bazarındakı fyuçerslərlə tənzimlənir. Hazırda bazarda yaşanan qiymət artımı da məhz spot bazarı üçün keçərli...

Azərbaycanda qiymət artımlarının səbəbi açıqlandı – RƏSMİ

Azərbaycanda bu il qiymət artımlarını dəstəkləyən əsas faktor bazis qiymətlərinin yüksəlməsidir.  Sfera.az Dövlət Statistika Komitəsinə istinadən bil...