Azərbaycanda bir neçə kollec birləşdirildi

Azərbaycanda bir neçə kollec birləşdirildi

Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan 

tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edib.

Sfera.az APA-ya istinadən bildirir ki, dəyişikliyə əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar

 Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci 

Şuşa Humanitar Kollecinə qoşulub.

 
Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci,

 Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı

 Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional

 Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində

 Bakı Neft-Energetika Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin 

nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji 

Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət 

Pedaqoji Kolleci adlandırılıb.

Təhsil Nazirliyi bu qərarın icrası ilə əlaqədar qənaət edilən maliyyə vəsaitinin kolleclərin infrastrukturunun gücləndirilməsinə yönəldilməsini, həmçinin azad olmuş maddi-texniki bazadan təhsil sisteminin 

məqsədləri üçün istifadə olunmasını təmin etməlidir. Eyni zamanda  Təhsil Nazirliyi və Azərbaycan 

Respublikasının Maliyyə Nazirliyi orta ixtisas təhsili müəssisələrinin maliyyələşdirilməsinin

 təkmilləşdirilməsinə dair təkliflərini 2 ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.


OXŞAR XƏBƏRLƏR