Azərbaycanda bir məhkəmənin 4 hakimi koronavirusa yoluxdu
13:07 / 16.04.2021
1438
Azərbaycanda bir məhkəmənin 4 hakimində koronavirus aşkarlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Siyavuş Hacıyev, İradə Həsənzadə, Rahib Salmanov və Novruz Kərimovun COVID-19-testinin cavabı pozitiv çıxıb.
S.Hacıyev "Yeni klinika”ya yerləşdirilib, digər hakimlər isə ev şəraitində müalicə olunurlar.
Bakı Ağır Cinayətlər Məhkəməsindən "Report”a faktı təsdiqləyiblər. // "Report”