No Image
No Image

Azərbaycanda bir gündə 18 koronavirus xəstəsi saxlanıldı

Azərbaycanda bir gündə 18 koronavirus xəstəsi saxlanıldı
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.
 
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
 
Qeyd edilib ki, aprelin 2-də polis əməkdaşları tərəfindən respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
 
Həmin şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.
 
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
 
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən Nəsimi rayon sakini M.Abdullayev və Ağdaş rayon sakini M.Abdurəhmanov barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
 
Digər vətəndaş barəsində araşdırma davam etdirilir.
 
"Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq", Mətbuat xidmətindən bildirilib.
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda aptekdə quldurluq edən şəxslər saxlanıldı - VİDEO

 Sabunçu rayonu Bakıxanov qəsəbəsində quldurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata g...

Anasını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatdı

1 yanvar 2021-ci il tarixdə Mingəçevir şəhər sakini Əhmədova Afaq İbiş qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürm...

Azərbaycanlı "qanuni oğru"ların ən səs-küylü qətlləri - VİDEO

Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınan Əli Heydərovun Rusiyada qətlə yetirilməsindən sonra növbəti dəfə diqqət ...

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbi...

Gəncəli Albertin öldürülmə anı - VİDEO

Müstəntiqlər ötən gün Moskvada, fitnes mərkəzində güllələnən azərbaycanlı "vor zakon” Əli Heydərovun ("Albert Rıjiy”) qətli ilə əlaqədar iki əsas versiyanı nəzə...

Əli Heydərovu öldürənin kimliyi bəlli oldu - VİDEO

Bu gün Moskvada azərbaycanlı qanuni oğru Əli Heydərovu (Albert Rıjiy) güllələyən killerin kimliyi məlum olub. Sfera.az Rusiya mediasına istinadla xəbər ve...