Azərbaycanda benzin və dizel yanacağı istehsalı artıb

Azərbaycanda benzin və dizel yanacağı istehsalı artıb
 Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,822 mlrd manat təşkil edib.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 0,9% azdır.

Hesabat dövründə 715,9 min ton həcmində avtomobil benzini, 1,304 mln ton dizel yanacağı, 14,7 min ton sürtkü yağları, 172,4 min ton neft bitumu istehsal edilib.

Avtomobil benzini istehsalı 0,3%, dizel yanacağı istehsalı 4,4%, sürtkü yağlarının istehsalı 18,5%, neft bitumunun istehsalı 30,2% artıb.

İlin 7 ayında ölkədə 159,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 280,3 min ton ağ neft, 41,8 min ton yanacaq mazutu, 126,9 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 6,6%, ağ neftin istehsalı 20,1%, yanacaq mazutunun istehsalı 34%, neft koksunun istehsalı 12,1% azalıb.

OXŞAR XƏBƏRLƏR