Azərbaycanda benzin istehsalı niyə azalıb?

Azərbaycanda benzin istehsalı niyə azalıb?

2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1,02 milyon ton avtomobil benzini istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründəki göstəricidən 0,3 faiz azdır.

Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin 10 ayının yekunları üzrə hesabatında qeyd olunan bu faktı şərh edən enerji məsələləri üzrə ekpert, iqtisadçı İlham Şaban milli.az-a açıqlamasında bildirib ki, problem heç də ölkədə benzinə olan tələbatın azalması ilə bağlı deyil: "Benzinə tələbat necə azala bilər ki, ölkədə avtomobillərin sayı 40 min də artıb?! Benzin istehsalının azalmasının əsas səbəbi iyun ayında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətində yaranmış 28 günlük fasilə ilə əlaqədardır".

Bununla yanaşı, ekspert hesab edir ki, regionda olduğu kimi, ölkəmizdə də iqtisadi vəziyyət heç də tam ürəkaçan deyil. Bu səbəbdən insanlar qənaətə üstünlük verdiklərindən bir sıra məhsullara, o cümlədən yanacağa olan tələbatın da azalacağı istisna edilmir.


OXŞAR XƏBƏRLƏR