Azərbaycanda bələdiyyələr niyə əlavə yükə çevrilib? – Xərclərin böyük qismi...

Azərbaycanda bələdiyyələr niyə əlavə yükə çevrilib? – Xərclərin böyük qismi...
Azərbaycanda bələdiyyələrin səlahiyyət dairəsində olan cəmi 5 yerli əhəmiyyətli məsələ var. Bunlar yol təsərrüfatının idarə olunması, ərazinin abadlaşdırılması, qəbristanlıqların saxlanılması, fərdi ev tikintisi üçün torpaq və bağ səhələrinin ayrılması, park və yaşıllıqların saxlanılmasıdır. 

Sfera.az bildirir ki, məhdud səviyyədə bələdiyyələrə səlahiyyət verilsə də, onlar bu hüquqlarından müstəqil şəkildə istifadə edə bilmir. Belə ki, məsələn, bələdiyyələr icra hakimiyyəti orqanlarının rəyi olmadan torpaqayırma sənədlərini hərraca hazırlaya bilməz. Bu asılılıq, həmçinin bələdiyyələrin öz mülkiyyəti üzərində sərbəst sərəncamvermə və sahiblik hüququnu məhdudlaşdırır.   

2020-ci ilin məlumatına əsasən, bələdiyyələrin xərcləri 34,383 milyon manat olub və əvvəlki illə müqayisədə 5,5 faiz azalıb. Xərclərin 65,7 faizi (22,6 milyon manat) bələdiyyələrin saxlanılmasına ayrılıb. Cəmi xərclərin 11,3 faizi (3,87 milyon manat) kommunal təsərrüfatı xərclərinə, 4,7 faizi (1,63 milyon manat), sosial müdafiə və sosial təminat xərclərinə, 4,1 faizi (1,42 milyon manat) mənzil təsərrüfatı xərclərinə, 14,2 faizi digər xərclərə yönəldilib.  

Vasif
Sfera.az





OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...