Azərbaycanda bədbəxt hadisə: Qurğu fəhlənin qolunu qopardı
11:11 / 09.10.2021
572
Gəncə şəhərində fəaliyyət göstərən zavodların birində fəhlə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Sfera.az xəbər verir ki, şəhər sakini, 1965-ci il təvəllüdlü Elçin Şəfiyevin sağ qolu işlədiyi "Kristal Beton” zavodunda avtomobilə qum-çınqıl tökən avadanlığın altındakı qurğunun rezin hissəsinə ilişib. Bu zaman qurğu onun qolunu qoparıb.
E.Şəfiyev ağır halda xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
(report)
(report)