Azərbaycanda bank rəhbəri koronavirusdan öldü

Azərbaycanda bank rəhbəri koronavirusdan öldü

"Azərbaycan Sənaye Bankı" ASC-nin (ASB) İdarə Heyətinin Sədri Doğan Tandoğan dünyasını dəyişib.


Sfera.az-ın məlumatına görə, onun ölümünə səbəb koronavirus infeksiyası olub.


Qeyd edək ki, D. Tandoğan 1973-cü ildə Türkiyədə anadan olub. O, 1995-ci ildə "Orta Doğu Teknik Universiteti”nin Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə "Azərbaycan Dövlət Neft Akademiyası”nın Biznesin idarə edilməsi bölümünü bitirib.


D. Tandoğan iş fəaliyyətinə 1996-ci ildə Türkiyə bank sektorunda başlayıb. 2013-cü ildən ASB-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavinidir vəzifəsində calışıb. 19 dekabr 2016-il tarixindən ASB-nin İdarə Heyətinin sədri təyin edilib. O, eləcə də "MilliKart" MMC-nin Direktorlar Şurasının sədri və "Azərbaycan Sənaye Sığorta" ASC-nin Direktorlar Şurasının sədri vəzifəsini icra edib. (apa)

 


OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...