No Image
No Image

Azərbaycanda avtomobillərin sayı niyə azdır? - ARAŞDIRMA

Azərbaycanda avtomobillərin sayı niyə azdır? - ARAŞDIRMA
Azərbaycanda 2000-ci illərin əvvəlindən avtomobillərin sayında nəzərəçarpacaq artım müşahidə edilsə də, hələ də avtomobil sayına görə aşağı göstəriciyə sahib ölkələr sırasındayıq.

Sfera.az xatırladır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdə ölkəmizdə 385 min ədəd avtomobil olub. Avtomobil sayı 2000-ci ildə 438 minə, 2005-ci ildə 612 minə, 2010-cu ildə 982 minə, 2015-ci ildə 1,322 milyona, 2020-ci ilin sonunda 1,47 milyona çatıb. Müqayisə göstərir ki, 2000-ci ildən sonra avtomobil sayı 3,35 dəfə artıb. 

Avtomobillərin sayı artmaqla yanaşı, hər 1000 nəfərə düşən sayda da artım qeydə alınıb. 1992-ci ildə hər 1000 nəfərə 52 avtomobil düşdüyü halda, 2000-ci ildə 55, 2010-cu ildə 110, 2020-ci ildə 145 avtomobil düşüb. Yəni, hər 1000 nəfərə düşən avtomobil sayı  2,63 dəfə artıb.
 
Avtomobillərin sayının artmasına baxmayaraq, Azərbaycan dünyada həm ümumi avtomobil sayına, həm də 1000 nəfərə düşən avtomobillərin sayına görə geridə olan ölkələrdən sayılır.
 
Dünyada ən çox avtomobil Çindədir. Bu ölkədə avtomobillərin sayı 380 milyonu ötüb. Ancaq Çində hər 1000 nəfərə 262 ədəd avtomobil düşür. 2009-cu ildə bu göstərici 205 idi. 

Çini 290 milyon ədədlə ABŞ izləyir. Lakin burada 1000 nəfərə düşən avtomobil sayı olduqca yüksəkdir. Belə ki, ABŞ-da hər 1000 nəfərdən 840-nın avtomobili var. 

Keçmiş sovet respublikaları arasında ən çox avtomobil Rusiyadadır. Rusiyada 58 milyon ədəd avtomobil var və onun hər 1000 nəfərə düşən sayı 390-dır. 

Avtomobil sayı Ukraynada təxminən 10 milyon (1000 nəfərə 240 ədəd), Qazaxıstanda 3,9 milyon (1000 nəfərə 215 ədəd), Belarusiyada 3,8 milyon (1000 nəfərə 424 ədəd), Özbəkistanda 2,6 milyon (1000 nəfərə 78 ədəd), Qırğızıstanda 1,5 milyon (hər 1000 nəfər 212 ədəd), Gürcüstanda 1,3 milyon (1000 nəfərə 342 ədəd), Moldaviyada 1,05 milyon (1000 nəfərə 260 ədəd), Ermənistanda 540 mindir (100 nəfərə 180 ədəd). 

Adambaşına düşən gəlir səviyyəsi yüksək olan ölkələrdə avtomobillərin sayının daha çox olduğu müşahidə edilir. Avropada hər 1000 nəfərə düşən avtomobil sayı 630 ədəddir. Bu göstərici Lüksemburqda 780 ədəddir. 

Min nəfərə düşən avtomobil sayına görə ən yüksək göstərici isə San-Marinoda (1400 ədəd), Monakodadır (1000 ədəd). 

Müqayisələr göstərir ki, Azərbaycanda avtomobil sayı azdır. Ölkəmizdə avtomobil sayının az olmasını 2 səbəblə əlaqələndirmək olar. Birinci səbəb avtomobil yollarının ötürücülük qabiliyyətinin artan avtomobil sayına uyğun olmamasıdır. Bu səbəbdən, xüsusən, Bakının yollarında ciddi avtomobil sıxlığına rast gəlinir. Sıxlığın qarşısını almaq üçün 2014-cü ildən ölkəmizə avtomobil idxalı çətinləşdirilib.

İkinci səbəb idxalda avtomobilə çəkilən xərcin böyük paya sahib olmasıdır. İdxalın təxminən 10 faizi avtomobil və onların ehtiyat hissələrinin alışına çəkilən xərcdən ibarətdir. 2014-cü ildə avtomobil idxalında çətinlik olmasaydı, idxalın 15 faizi məhz avtomobil idxalının payına düşəcəkdi. Buna görə də 2014-cü ildən davamlı olaraq idxal vergi və rüsumlarında artım həyata keçirilir.
 
Vasif
Sfera.az
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Neftin qiyməti yüksəlməyə davam edir – “OPEC+” razılaşmasına dəyişiklik ediləcək?

2021-ci ilin mayın 22-dən neft qiymətlərində yüksəliş müşahidə edilir. Qeyd edilən tarixdə dəyəri 64,8 dollar olan "Brent” markalı neftin qiyməti bu gün 73 d...

Ən çox bu məhsullar bahalaşıb – SİYAHI

2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-may aylarına nisbətən 4,2 faiz artıb. Bu dövrdə ərzaq məhsulları, içkilər...

Hesablama Palatası publik hüquqi şəxslərlə bağlı narahatdır: “5 milyard manatdan çox vəsait..."

2020-ci ildə dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılan vəsaitin məbləğinin artması Hesablama Palatasını narahat edir. Palata dövlət büdcəsinin icrası il...

Azərbaycanda bələdiyyələr niyə əlavə yükə çevrilib? – Xərclərin böyük qismi...

Azərbaycanda bələdiyyələrin səlahiyyət dairəsində olan cəmi 5 yerli əhəmiyyətli məsələ var. Bunlar yol təsərrüfatının idarə olunması, ərazinin abadlaşdırıl...

Yeni qadağa gəlir - Mebellər və tikinti materialları BAHALAŞACAQ

2021-ci ilin iyulun 1-dən etibarən Rusiyada ilkin emaldan keçən bir sıra ağac növlərinin ixracına tətbiq edilən rüsumların məbləği artırılacaq. Sfera.az R...

Bitki yağları bahalaşmağa davam edir - QİYMƏTLƏR

Dünyada bitki yağlarının qiymətində baş verən yüksəliş Azərbaycanda da müşahidə edilir.  Sfera.az bildirir ki, 2020-ci ilin ikinci rübündən başlayara...