Azərbaycanda avtomobillərin ehtiyat hissələrinə çəkilən xərc niyə ARTIR?

Azərbaycanda avtomobillərin ehtiyat hissələrinə çəkilən xərc niyə ARTIR?
2021-ci ilin ilk 11 ayı ərzində Azərbaycan 206 milyon dollar dəyərində avtomobil ehtiyat hissələri idxal edilib. 2020-ci ilin eyni dövründə idxalın dəyəri 145 milyon dollar idi. Müqayisə göstərir ki, ötən il avtomobil ehtiyat hissələrinin idxalına xərclənən vəsaitin həcmi 61 milyon dollar, yəni 42 faiz artıb.
 
Sfera.az bildirir ki, son illərdə ehtiyat hissələrinin idxalında davamlı artım müşahidə olunur. Ehtiyat hissələrinin idxalına 2012-ci ildə 93 milyon dollar xərcləndiyi halda 2014-cü ildə 103,5 milyon dollar, 2018-ci ildə 167,3 milyon dollar, 2019-cu ildə 206,4 milyon dollar xərclənib.

Avtomobillərin ehtiyat hissələrinin idxalının sürətlə artmasının səbəbi nədir?  

Səbəbləri 2 amillə əlaqələndirmək olar. Birinci və ən əsas səbəb avtomobil parkının köhnəlməsidir. 2020-ci ilin məlumatına əsasən, ölkəmizdə 1,473 milyon ədəd avtomobil olub. Avtomobillərin 79 faizinin istehsal tarixi 10 ildən çox olan nəqliyyat vasitələridir.

Son illərdə avtomobil parkının köhnəlməsi müşahidə edilir. Belə ki, 2012-ci ildə avtomobillərin 60 faizinin istehsal tarixi 10 ildən yüksək idi və səkkiz il ötəndən sonra istehsal tarixi 10 ili ötən avtomobillərin payı 19 faizdən çox artıb.

Ölkəmizdə avtomobillər köhnəldiyinə görə ehtiyat hissələrinə daha çox ehtiyac yarandığından həmin məhsulların idxalı artır.

Ehtiyat hissələrinin idxal xərcinin artmasının ikinci səbəbi qlobal əmtəə qiymətlərinin yüksəlməsidir. 2021-ci ilin noyabrında minik avtomobillərinin ehtiyat hissələrinin qiyməti əvvəlki illə müqayisədə orta hesabla 9,2 faiz artıb.

Mövcud şərtlərə əsaslanaraq deyə bilərik ki, ehtiyat hissələrinin idxalında artım qarşıdakı illərdə də davam edəcək. İdxal xərclərindəki artımın zəiflədilməsi üçün müəyyən tədbirlər görmək olar. Bu məqsədlə köhnə avtomobillərin idxalını çətinləşdirmək və mövcud avtomobillərin utilizasiyasını həyata keçirmək lazımdır.

Vasif
Sfera.az

 

 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İqtisadiyyatda xidmət sektorunun payı yenidən azalıb - SƏBƏB

2021-ci ildə ümumi daxili məhsul (ÜDM) istehsalında xidmət sektorunun payı azalaraq 37,3 faizə düşüb.   Sfera.az bildirir ki, 2020-ci ildə xidmət sektoru...

Bahalaşma dollara tələbi azaldır

Qiymət artımları və bunun nəticəsində əhalinin xərclərinin artması xarici valyutaya, xüsusən də dollara olan tələbi azaldır.   Sfera.az bildirir ki, qiym...

Palma yağının qiyməti 1 300 dollara yaxınlaşır

Dünyada bitki yağlarının bahalaşması palma yağının da qiymətinə təsir edir. Ən böyük palma yağı istehsalçısı olan İndoneziyada qiymət 1270 dollara çatıb.  ...

Ekspert ət və südün bahalaşmasının səbəblərini AÇIQLADI

"Süd-ət-yem pariteti müntəzəm olaraq hesablanmalı, bu paritet süd və ətin qiymətinin formalaşması üçün baza kimi diqqətdə saxlanmalıdır”.   Sfera.az xəbə...

Dollar son bir həftədə ucuzlaşıb - SƏBƏB

Son günlər dolların ucuzlaşacağına dair yayılan məlumatlar beynəlxalq birjalarda Dollar İndeksinin düşməsinə səbəb olub. İndeks bir neçə gün ərzində 96,3 səviyy...

Azərbaycanda avtomobillərin ehtiyat hissələrinə çəkilən xərc niyə ARTIR?

2021-ci ilin ilk 11 ayı ərzində Azərbaycan 206 milyon dollar dəyərində avtomobil ehtiyat hissələri idxal edilib. 2020-ci ilin eyni dövründə idxalın dəyəri 145 m...