Azərbaycanda arvadını 5-ci mərtəbədən atan vəzifəli şəxs \"Buta Palace\"-ın art direktoru imiş - VİDEO

Azərbaycanda arvadını 5-ci mərtəbədən atan vəzifəli şəxs \
Bakıda ötən gecə dəhşətli cinayət hadisəsi baş verib.


Sfera.az bildirir ki, BAKU.WS-in eksklüziv məlumatına görə, dünən gecə saat 3 radələrində Nəsimi rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşib Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış, qurudulmuş marixuana götürülüb.


Taxveli Ramiz Pərviz oğlunun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 saylı tibbi müayinəsi zamanı Taxveli Ramiz Pərviz oğlunda THC marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub.


Taxveli Ramiz Pərviz oğlu Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsində izahat verərkən Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atmasını etiraf edib.


Fakta görə 10 dekabr, 2018-ci il tarixində Nəsimi rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb. Taxveli Ramiz Pərviz oğlu saxlanılıb.


Qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu "Buta Palace"ın art direktorudur.








OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...