Azərbaycanda ağır qəza - 7 yaralı var
13:21 / 01.12.2019
4567
Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Sfera.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Lada" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib
Faktla bağlı araşdırma aparılır.