Azərbaycanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı artır - AÇIQLAMA

Azərbaycanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı artır - AÇIQLAMA
 
"Ölkədə koronavirusdan dünyasını dəyişənlərin sayı artmağa davam edir”.

Bu sözləri İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan "ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı artmaqdadır:

"Bu gün Azərbaycanda 150-yə yaxın ağır vəziyyətdə olan COVID-19 xəstəsi var. Bu rəqəmlər günbəgün artmağa davam edir. Süni tənəffüs aparatlarına qoşulan 20-25 xəstə var. Aprelin sonu mayın əvvəlində süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 8 olub. Əlavə oksigen terapiyası aparılan pasiyentlərin də sayı artır.

Hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 3406-dır. Onların əksəriyyəti xəstəliyi yüngül keçirsə də, ağır və orta ağır vəziyyətdə olan xəstələrin sayı da az deyil. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrdə virusa yoluxma faktlarının artdığını təsdiq edib. Təəssüf ki, mövcud vəziyyət ürəkaçan deyil.
 
Digər ölkələrlə müqayisədə yenə də Azərbaycanda qeydə alınan yoluxma və ölüm faktları nisbətən azdır”. (oxu.az)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...