Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var

Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var
Qəbələdə ağır yol-nəqliyyat hadisəsi olub.

Sfera.az-ın məlumatına görə, hadisə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonu Böyük Əmili kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Savalan kənd sakini Kamil Xasıyevin idarə etdiyi "Opel” markalı avtomobillə Afiq Mahmudovun idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşub.

Nəticədə Afiq Mahmudov və VAZ-dakı sərnişin, 44 yaşlı Böyük Əmili kənd sakini Cumar Mirzəliyev hadisə yerində ölüb. "Opel” markalı avtomobilin sürücüsü Kamil Xasıyev və sərnişinləri - Mehriban və Arzu Xasıyevalar, eləcə də iki azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.
 

OXŞAR XƏBƏRLƏR