Azərbaycanda adambaşına 1674 manat borc düşür

Azərbaycanda adambaşına 1674 manat borc düşür
2021-ci ilin əvvəlinə olan rəsmi məlumata əsasən, dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16 milyard 939 milyon manat olub. Bir il əvvəlki göstərici ilə müqayisədə dövlətin borcu 68,5 milyon manat artıb.
 
Dövlətin ümumi borcunun artması daxili borclanmanın hesabına baş verib. Bir il ərzində xarici borclar 458,2 milyon manat azalsa da, daxili borclar 526,7 milyon manat artıb. Ötən il xarici borcların bir hissəsi məhz daxildən cəlb edilən 100 milyon dollar dəyərindəki borcla ödənilib.
 
Sfera.az bildirir ki, Azərbaycan dövlətinin adambaşına düşən ümumi borcu 1674 manatdır. Bir il əvvəl də adambaşına düşən borcumuz təxminən bu qədər olub.
Dövlətin borcunun daha çox hissəsi xarici borclardan ibarətdir. İlin əvvəlinə olan məlumata əsasən xarici dövlət borcu 15 milyard manat, daxili dövlət borcu 1,942 milyard manatdır.
 
Qeyd edək ki, borc məbləğlərinə alınıb istifadə edilən vəsaitlər daxildir. Kredit sazişləri üzrə alınması nəzərdə tutulan vəsaitlər isə hələ borc kimi nəzərə alınmır. Bu vəsaitlər də nəzərə alınarsa, Azərbaycan dövlətinin xarici borcu 21,212 milyard manat, adambaşına düşən xarici borc 2096 manat, ümumi borcu 23,154 milyard manat, onun adambaşına düşən hissəsi 2300 manatdır.
 
Dövlət borcu büdcə vəsaitləri və Təminat Fondunun vəsaitləri hesabına qaytarılır. Borcun məbləği böyük olduğundan onun qaytarılması ilə bağlı xərclər də böyükdür. 2020-ci ildə dövlət borcunun qaytarılması üçün 1,957 milyard manat xərclənib. Qaytarılan borcun 1,726 milyard manatı dövlət büdcəsinin vəsaiti hesabına, 231 milyon manatı Təminat Fondunun vəsaiti hesabına ödənilib.
 
Vasif
Sfera.az

 
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...