Azərbaycanda açıq havada toyların keçirilməsinə icazə veriləcək? - Prezidentin köməkçisi AÇIQLADI

Azərbaycanda açıq havada toyların keçirilməsinə icazə veriləcək? - Prezidentin köməkçisi AÇIQLADI
"Açıq hava şəraitində toyların keçirilməsi müzakirə olunur”.
 
Sfera.az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Ş. Mövsümov bildirib ki, hazırda COVİD-19 infeksiyası ilə bağlı Azərbaycanda vəziyyət stabildir: 

"Ölkədə vəziyyət daha da yaxşılaşmaya doğru gedir. Bununla belə, ölkəmizdən fərqli olaraq, dünyada COVİD-19-la bağlı vəziyyət ürəkaçan deyil. Bəzi ölkələrdə pandemiyanın ikinci, üçüncü dalğası başlayıb. Buna görə də müzakirələrə ümumi vəziyyət nəzərə alınaraq aparılır”.

Prezidentin köməkçisi qeyd edib ki, açıq hava şəraitində müəyyən sayda insanın iştirakı ilə toy mərasimlərinin keçirilməsi ehtimalı var: "Bununla bağlı da müzakirələr davam etdirilir”.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...