Azərbaycanda 9-cu sinif şagirdi koronavirusdan öldü

Azərbaycanda 9-cu sinif şagirdi koronavirusdan öldü
Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.

Sfera.az-ın apa-ya istinadən məlumatına görə, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.

Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.

Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən. K. Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K. Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.

Məktəbdən sayta verilən açıqlamada K. Əsgərovun dünyasını dəyişdiyi xəbəri təsdiqlənib.

Bildirilib ki, K. Əsgərov oktyabrın 5-də sinif rəhbərinə xəstələndiyini deyib və həmin gündən məktəbə gəlməyib: "Oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda 15 yaşlı qız "Instagram"da tora düşdü: Seksual zorakılığın qurbanı oldu

Bakıda iki oğlan (Qədir və Qasım: adlar şərtidir) 15 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər. Sfera.az "oxu.az"a istinadən xəbər...

Bakıda polkovnikin nəvəsi özünü asdı - SƏBƏB

Birinci Qarabağ müharibəsindəki hərbi əməliyyatlarda iştirak edən polkovnik Hamlet Hüseynovun nəvəsi intihar edib. Sfera.az xəbər verir ki, hadisə oktyabr...

Həftəsonu yol qəzalarında 8 nəfər öldü

Həftəsonu Azərbaycanda baş verən yol qəzalarının sayı açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, oktyabrın 2...

Bakıda tuneldə yol qəzası baş verdi - FOTO

Bakının Nərimanov rayonunun Ağa Neymətulla küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Sfera.az  xəbər verir ki, bu barədə ...

Azərbaycanda ana 3 uşağını ərinin yanında qoyub evdən qaçdı - VİDEO

Azərbaycanda yerli ailələrin birində qeyri-adi hadisə baş verib. Belə ki, 3 övladı olan ana onları atalarının yanında qoyaraq evdən qaçıb. Sfera.az  ...

Neftçala icra başçısı maşınla adam vurdu, hadisə yerindən qaçdı

23:55 Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib. Təcili yardımı və polisi hadisə yerinə gələn kənd sakinləri ...