Azərbaycanda 60 yaşlı kişi Araz çayında batdı
08:20 / 17.06.2021
1708
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Hacıqasımlı kəndi ərazisindən keçən hissəsində 1961-ci il təvəllüdlü Cahangirov Teymur Namaz oğlunun batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Sfera.az-a verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.