No Image
No Image

Azərbaycanda 5G texnologiyası tətbiq olunmur - RƏSMİ

Azərbaycanda 5G texnologiyası tətbiq olunmur - RƏSMİ
 "COVID-19” pandemiyası dövründə dünyada, o cümlədən Azərbaycanda 5G texnologiyasının bu xəstəliyin daha çox yayılmasına səbəb olduğu barədə fikirlər səsləndirilir. 

Bu barədə Sfera.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 5G yeni 5-ci nəsil internet texnologiyasıdır. Bu texnologiya istifadəçiləri super sürətli və kəsintisiz internetlə təmin edir.

Belə ki, 5G texnologiyasında tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir.

Bildirlib ki, Azərbaycan Respublikasında 5G texnologiyası tətbiq olunmur. 

Sadəcə bir müddət öncə, "Bakutel-2019" çərçivəsində 5G pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İlon Maskın paylaşımından sonra bitkoinin qiyməti 40 min dolları aşdı

Elektrikli vasitə istehsalçısı Tesla və kosmik texnologiya şirkəti SpaceX-in qurucusu iş adamı İlon Maskın son tvitindən sonra kriptovalyuta bitkoin dəyər qazan...

Hakerlər 26 milyondan çox hesabı ələ keçirdi: Kompüteriniz "Windows” əməliyyat sistemi ilə çalışırsa...

Bu gün bir çox sosial media və texnologiya nəhənginin saytları haker hücumuna məruz qalıb.   Sfera.az bildirir ki,  kiber hücumu nəticəsində ödəniş ...

“Xəritələrdə işğaldan azad etdiyimiz ərazilərin adları...” – Osman Gündüzdən açıqlama

"Beynəlxalq xəritələrdə işğaldan azad edilən rayonların adları, ərazidəki digər coğrafi adlar hələ də iki dildə- Azərbaycan və erməni dillərində verilir”. ...

Vatsapda yeni funksiya yaradılacaq

"Android" əməliyyat sistemində çalışan mobil telefonların istifadəçiləri vatsapda öz hesablarına "fləş zəng"in köməyi ilə daxil olmaq imkanı qazanacaqlar. ...

Məşhur haker qrupu Elon Maskı təhdid etdi: "Ərköyün milyarder, bizi gözlə"

İlin əvvəlindən bəri kriptovalyutalarla bağlı paylaşımlar edən və birjalarda manipulyasiya etməkdə günahlandırılan Elon Maska reaksiyalar artmaqda davam edir. ...

Bu ölkədə “Twitter” qadağan olundu

Nigeriya hökuməti ölkə əhalisinin "Twitter”dən istifadə etməsinə qadağa qoyub. Sfera.az xəbər verir ki, bununla bağlı Nigeriyanın baş prokuroru və ədliyyə...