Azərbaycanda 558 aktiv koronavirus xəstəsi var
19:30 / 24.04.2020
1536
"Hazırda Azərbaycanda 558 aktiv koronavirus xəstəsi var".
Sfera.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, onlardan 20-si reanimasiyadadır: "Onlar da əsasən Mərkəzi Neftçilər Xəstəxanası və "Yeni klinika"da müalicə alır. 7 nəfər isə süni nəfəs aparatına qoşulub".