Azərbaycanda 400 milyon dollarlıq sualtı gəmi tikilir

Azərbaycanda 400 milyon dollarlıq sualtı gəmi tikilir

Bakı Gəmiqayırma Zavodunda dəyəri 400 milyon dollardan yuxarı sualtı tikinti gəmisinin tikintisi aparılır.

Sfera.az-ın məlumatına görə, oxu.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziriŞahin Mustafayev rəhbərlik etdiyi qurumda keçirilmiş kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu və Qaradağ 

Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda dəyəri 40 mln. dollar olan ilk sifariş yerinə 

yetirilib və hazırda dəyəri 400 mln. dollardan yuxarı olan sualtı tikinti gəmisinin və üç ədəd sərnişin 

gəmisinin tikintisi aparılır.

"İndiyədək isə Azərbaycan İnvestisiya Şirkəti tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard dollardan artıq olan

 layihələrdə iştirak edib.

Bu layihələrə 450 milyon dollar birbaşa xarici investisiya cəlb olunub. Layihələr çərçivəsində İsveçrə, 

Almaniya, Sinqapur, Türkiyə və digər ölkələrin qabaqcıl texnologiya və təcrübəsi tətbiq edilib", - deyə 

Şahin Mustafayev vurğulayıb.


OXŞAR XƏBƏRLƏR