“Azərbaycanda 40-50 min məmur işini itirəcək” – EKSPERTDƏN AÇIQLAMA

“Azərbaycanda 40-50 min məmur işini itirəcək” – EKSPERTDƏN AÇIQLAMA
 

"İdarəetmənin optimallaşdırılması ilə bağlı dövlət proqramı qəbul olunub. Son 5 ildə məmurların sayında təxminən 18 minə yaxın azalma var. Amma bu da kifayət deyil. Yaxın iki-üç ildə ixtisarların həcmi kifayət qədər böyük olacaq. Ən azından məmurların 20 faizi ixtisara düşəcək”.

 

 

Sfera.az-a açıqlamasında bu sözləri ölkəmizdə məmurların sayının həddən çox olması və bu sayın azaldılması vacibliyinə toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

 

"Azərbaycanda rəsmi olaraq çalışan məmurların sayı 1 milyon 560 minə yaxındır. Onun da təxminən 900 minə yaxını dövlət sektorunda çalışır. Düzdür, bura həkim və müəllimləri də aid edirlər. Onları, habelə dövlət şirkətlərində çalışanları da çıxsaq, yerli icra strukturları və mərkəzi aparatda təxminən 250-300 minə qədər məmur işləyir.Onlardan da dövlət qulluqçusu hesab edilənlərin sayı 50 minə yaxındır.Bu həcmdə məmur sayının özü Azərbaycan kimi kiçik ölkə üçün təbii ki, kifayət qədər böyük rəqəmdir. Azərbaycanda bir-birini təkrarlayan dövlət strukturları da var. Məsələn, "ASAN” xidmətə verilən funksiyaların çoxu hələ də ənənəvi nazirliklər və dövlət idarələrində qalmaqda davam edir”.


Ekspert bildirdi ki, idarəetmənin optimallaşdırılması nöqteyi-nəzərindən paralellik aradan qaldırılmalı, çoxsaylı məmur kütləsi ixtisar olunmalıdır: "Paralelliyin olması heç də yaxşı hal deyil. Belə vəziyyət effektiv çalışmağa maneə olur. Ona görə də paralellik aradan qaldırılmalıdır. Bu əsasda kifayət qədər böyük sayda məmur kütləsinin ixtisara düşməsi baş verə bilər. Nəticədə həm dövlət büdcəsinin yükü kifayət qədər azalar, həm də idarəetmə optimallaşar və daha çevik olar. Azərbaycanda gec-tez onsuz da bu addım atılacaq. Paralellik aradan qaldırılarkən təxminən 40-50 min məmur ixtisara düşəcək”.

 

Qeyd edək ki, Fransanın fəaliyyət və dövlət hesabları naziri Jerald Darmanən 2022-ci ilə qədər 15 minə yaxın dövlət məmuru vəzifəsinin ləğv olunacağını açıqlayıb. Azərbaycanda da çoxsaylı məmur vəzifələri var ki, ya bir-birini təkrarlayır, ya da ümumiyyətlə onlara ehtiyac yoxdur və ixtisara salınmalıdır.

Elçin


OXŞAR XƏBƏRLƏR