Azərbaycanda 26 yaşlı ana və 3 yaşlı qızı öldü

Azərbaycanda 26 yaşlı ana və 3 yaşlı qızı öldü
Bərdədə ana və azyaşlı övladı dəm qazından boğularaq ölüb.
 
Sfera.az xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində baş verib. Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Yusifova Ayşən Eldəniz qızı və övladı 3 yaşlı Əliyev Tunar Vüsal oğlunun yaşadıqları evdə meyitləri aşkarlanıb.
 
Qonşularının APA-ya verdiyi məlumata görə, gecə saatlarında Ayşənin həyat yoldaşı Vüsal Əliyev evə gəlib qapını döysə də, açan olmayıb. Hadisə yerinə polis və FHN əməkdaşları çağırılıb. Qapı sındırılıb, içəri daxil olanda qadının və övladının öldüyünü görüblər. Faktla bağlı araşdırma aparılır.
 
İlkin məlumata görə, ana və övladı hamam otağında quraşdırılan qızdırıcıdan ayrılan dəm qazından zəhərlənərək ölüblər.
 
(apa)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR